EN

Rusiya 2 ay ərzində bu ölkəyə hücum edəcək - Şok iddia

Britaniya mətbuatı Rusiyanın Milad öncəsi Polşaya məhdud hücum planlaşdırdığını iddia edib.

Publika.az xəbər verir ki, “Express” nəşrinin iddiasına görə, məlumat yüksək rütbəli rusiyalı hərbçidən sızdırılıb və məsələ ilə bağlı Londonda və Vaşinqtonda təcili görüşlər keçirilib.

Kremlin məqsədinin NATO-nun reaksiyasını ölçmək və Avropada siyasi sabitliyi pozmaq olduğu bildirilir. Polşanın baş naziri Donald Tusk da ölkəsinin İkinci Dünya müharibəsindən bəri ən ciddi təhlükə ilə üz-üzə qaldığını açıqlayıb.

Qeyd edək ki, son günlər Rusiya PUA-larının Polşa və Rumıniyanın hava məkanını pozması NATO-nu hərəkətə keçirib. Britaniya da “Typhoon” qırıcılarını Polşanın müdafiəsinə göndərib. Ekspertlər bu təhdidlərin yeni müdafiə strategiyası tələb etdiyini vurğulayırlar.

Chosen
11
8
publika.az

9Sources