EN

Naxçıvanda İlber Ortaylınınimza günü keçirildi

Sentyabrın 22 - də Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbində Türk dünyasının tanınmış tarixçisi, böyük elm xadimi İlber Ortaylının kitablarının “imza günü” keçirilib.

Kulis.az xəbər verir ki, Universitetin Media və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə ali təhsil ocağının rəhbər heyəti, müəllim və tələbələri, şagirdlər və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, tanınmış tarixçinin Naxçıvan proqramı davam edir. Günün sonunda İlber Ortaylı Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında yerli ictimaiyyətlə görüşəcək.

Chosen
11
1
kulis.az

5Sources