EN

İranda duz qasırğası: Bizi hansı təhlükələr gözləyir?

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Urmiya gölünün ətrafında gölün quruması ilə əlaqədar duz qasırğalarının başlanması hadisəsi artıq uzun müddətdir mövcuddur. Təxminən 10 il əvvəl mən bir dissertasiya işində İrana getmişdim və oradakı vəziyyəti qeyd etmişdim. O vaxt əhalinin sürətlə artması və suvarma sistemlərinin məhdudluğu nəticəsində problem artıq göz qabağında idi. Oradakı azərbaycanlıların kompakt şəkildə yaşaması və ölkənin digər bölgələrinə yerləşdirilməsi də əlavə çətinliklər yaratmışdı".Bunu Demokrat.az-a açıqlamasında ekoloq Ənvər Əliyev deyib.O, bildirib ki, məsələnin əsas problemi yerində düzgün tədbirlər görülməməsidir ki, gölün quruma tendensiyası dayansın və gələcəkdə daha böyük fəsadlar yaranmasın:"İndi həmin proqnoz gerçəkləşib. Azərbaycan ərazisinə təsir etmək üçün əsas rol cənub küləklərinə aiddir, lakin burada qərb küləkləri hakimdir. Bu küləklər tozu yavaş-yavaş, amma böyük sürətlə ölkə ərazisində yayır. Bu səbəbdən böyük fəsadlar potensial olaraq İrandan gələ bilər. Cənub küləkləri isə daha az olur və onların yayma ehtimalı nisbətən aşağıdır".Ekoloq bildirib ki, gölün duz təbəqəsini bərkitmək üçün xüsusi kimyəvi üsullar mövcuddur:"İran hökuməti yəqin ki, bu barədə tədbirlər görəcək, kimyəvi maddələr tətbiq ediləcək ki, duz toz şəklində yox, bərk halda qalsın. Sonradan isə bu maddələr toplanıb digər sahələrdə neytrallaşdırıla bilər".Onun sözlərinə görə, vəziyyət bizim üçün o qədər də qorxulu deyil:"Dövlətlər bu kimi məsələlərə diqqətlə yanaşır və ümid edirəm ki, sakitliklə həll olunacaq".Qeyd edək ki, Urmiya gölünün ətrafında gölün quruması ilə əlaqədar duz qasırğaları başlayıb.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
1
demokrat.az

2Sources