EN

"Tələbələr və pensiyaçılar üçün ictimai nəqliyyatda güzəştlər olacaq"

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev bildirib ki, nəqliyyat sahəsində tətbiq ediləcək yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, nağdsız ödəniş sisteminin tətbiqidir. Bu tam təmin olunduqdan sonra tələbə, təqaüdçü və digər sosial qruplar üçün güzəştli gediş haqqı mexanizmləri mümkün olacaq.

 
Nəqliyyat eksperti Yasin Mustafayev AZXEBER.COM-a açıqlamasında deyib ki, ödənişli zonaların təşkil edilməsi gözlənilən idi:
 
"Xarici təcrübədə də buna rast gəlinir. Buna bəzən "tıxan vergisi” də deyilir. Yəni sıxlığın qarşısını almaq üçün müəyyən ərazilərə məhdudiyyətlər qoyulur. Bu isə effektiv üsul sayılır. Pensiyaçı və tələbələr üçün nəzərdə tutulan güzəştlər də müsbət haldır. Çox güman, təxminən 50 faiz güzəştlər tətbiq olunacaq. Həmin vəsait isə çox güman ödənişli zonalardan toplanan gəlir hesabına qarşılanacaq. Lakin qiymət artımı ilə bağlı dəqiq məlumat hələlik yoxdur”.
 
Chosen
12
yenilik.az

1Sources