Rusiya Federasiyasını silahlanma yarışı maraqlandırmır.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında bildirib.
“Biz silah yarışının daha da genişlənməsində maraqlı deyilik”,- deyə dövlət başçısı qeyd edib.
Putin həmçinin vurğulayıb ki, Rusiya mövcud və yeni yaranan istənilən təhdidlərə asanlıqla cavab verə biləcək və bu cavabı sözlə yox, əməldə göstərəcək.