EN

Katalin Bihari: "Macarıstan Azərbaycana sərmayə yatıran üçüncü ən böyük investor olub"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanda həyata keçirdiyimiz əsas layihə energetika ilə bağlıdır. Lakin şirkətlərimiz Qarabağın yenidən qurulması da daxil olmaqla infrastruktur layihələrinə investisiya yatırmağa hazırdırlar".
Oxu.Az xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Katalin Bihari I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) deyib.
O qeyd edib ki, Macarıstan iqtisadiyyatının uğuru birbaşa ticarət və investisiya strategiyasından asılıdır və iqtisadi diplomatiya ölkənin xarici iqtisadi siyasətinin mərkəzindədir:
"Bundan əlavə, Macarıstan ixracın diversifikasiyası, kiçik və orta müəssisələrin beynəlxalq ticarətdə payının artırılması istiqamətində fəal işləyir. Ötən il Macarıstan Azərbaycana sərmayə yatıran üçüncü ən böyük investor olub".
Məhərrəm Əliyev
Chosen
15
2
oxu.az

9Sources