EN

Sevə-sevə yediyimiz meyvələr bağırsaqlarımızı GÖRÜN NECƏ MƏHV EDİR?!

Meyvələr sağlam qidalanmanın ayrılmaz hissəsi hesab olunur. Lakin bəzən çox faydalı bildiyimiz bəzi meyvələr, əksinə, həzm sisteminə ciddi zərər vura bilir. Xüsusilə də çox miqdarda yeyildikdə və ya düzgün seçilmədikdə, həmin meyvələr bağırsaqlarda problemlərə yol açır.

Mütəxəssislər bildirirlər ki, insanlar arasında “supermeyvə” kimi tanınan bəzi məhsullar bağırsaqlar üçün təhlükəli ola bilər. Məsələn:

Xurma və banan – liflə zəngin olduğundan qəbizlik meyilli şəxslərdə bağırsaq hərəkətlərini tam əksinə ləngidə bilir. pizza

Üzüm və əncir – şəkər miqdarı yüksəkdir. Çox yeyildikdə qarında köp, qaz və ishala səbəb olur.

Kivi və sitrus meyvələri – həddən artıq turşu tərkibi bağırsaq divarlarını qıcıqlandıraraq qastrit və kolit əlamətlərini gücləndirir.

Nar  - toxumları həzm olunmadığından çox qəbul edilərsə, bağırsaqlarda tıxanma riski yarada bilər.

Dietoloqlar xəbərdarlıq edirlər ki, əsas problem meyvənin özündə yox, miqdarda və yeyilmə vaxtında gizlənir. Çoxları yeməkdən dərhal sonra meyvə yeyir. Bu isə qidaların qarışmasına, fermentlərin balansının pozulmasına və bağırsaqlarda mayalanmaya səbəb olur. Nəticədə qarında şişkinlik, ağrı və həzm pozğunluqları qaçılmaz olur.

Həkimlər isə əsasən aşağıdakıları tövsiyə edirlər:

Meyvələri əsas yeməkdən ən azı 1–1,5 saat əvvəl və ya sonra qəbul edin.

Gün ərzində müxtəlif meyvələri qarışdırmadan, az-az yeyin.

Şəkərli meyvələri gündəlik normadan artıq istifadə etməyin.

Bağırsaq problemi olanlar üçün isə həkim-mütəxəssisə müraciət edərək fərdi pəhriz seçmək vacibdir.

Deməli, hər gün sevdiyimiz meyvələr sağlamlıq üçün faydalı olsa da, həddindən artıq qəbul edildikdə bağırsaqlarımızı sınağa çəkə bilir. Ona görə də balanslı qidalanmaq, miqdarı normada saxlamaq ən doğru yanaşmadır.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
9
1
yenisabah.az

2Sources