EN

Erməni lobbisi Azərbaycanla Ermənistan arasında sülhə mane olmağa çalışır Politoloq

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi ABŞ Dövlət Departamentinin yenidən icazə vermə prosesinin bir hissəsi kimi nəzərdən keçirilən qanun layihələrinə iki düzəlişi rədd edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən  Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirdi ki, Azərbaycan əleyhinə olan düzəlişin rədd edilməsi, təbii ki, ölkəmiz üçün kifayət qədər əhəmiyyət daşıyır:

"Eyni zamanda Birləşmiş Ştatlarda kifayət qədər güclü maliyyə imkanlarına, siyasi dairələrdə təzyiq, təsir rıçaqlarına sahib olan Amerika Erməni Milli Komitəsinin və onların maliyyələşdirdiyi, onlara yaxın olan konqresmenlərin növbəti fiaskosudur. Təbii ki, bu addımın indi həyata keçirilməsi təsadüf sayıla bilməz, çünki Azərbaycanla Birləşmiş Ştatlar arasında əlaqələrin inkişafı, xüsusilə üçtərəfli Vaşinqton Bəyannaməsindən sonra daha da möhkəmlənib. Üçtərəfli bəyannamə imzalanandan sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün böyük perspektiv yaranıb. Sülh sazişinin imzalanması ilə “böyük Ermənistan” ideologiyasının dəfn olunmasından narahat olan və indiyə qədər məhz bu ideologiyanın həyata keçirilməsi üçün səy göstərən erməni lobbisinin fiaskosu deməkdir. Ona görə də erməni lobbisi maksimum çalışır ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında olan münasibətlər pozulsun. Beləliklə də, Azərbaycanla Ermənistan arasında sülh istiqamətində irəliləyişlərin əldə olunmasına maneə yaradılsın və nəticədə bölgədə qeyri-sabitlik davam etsin".

Siyasətçi əlavə etdi ki, erməni lobbisinin bu addımı heç bir ciddi nəticələrə səbəb ola bilməz:

"Yəni erməni lobbisinin bundan sonrakı fəaliyyəti də Azərbaycanla Birləşmiş Ştatlar arasındakı əlaqələrin inkişafı baxımından ciddi nəticələrə səbəb ola bilməz. Ona görə də hesab edirəm ki, bu hadisə Azərbaycanla Birləşmiş Ştatlar arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyini deməyə əsas verir. Təbii ki, iki ölkə arasındakı münasibətlər Azərbaycanla yanaşı, Birləşmiş Ştatların da maraqlarını özündə ehtiva edir. Ona görə də bu addımı kifayət qədər əhəmiyyətli hal hesab etmək olar".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
redaktor.az

2Sources