EN

Qırğızıstanda 40 mərtəbəli binalar tikiləcək

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Qırğızıstanda hündürlüyü 40 mərtəbəyə qədər olan çoxmərtəbəli binaların tikintisi üçün hər cür şərait var”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin tikinti, memarlıq, mənzil-kommunal təsərrüfatı naziri Nurdan Oruntayev deyib.

Onun sözlərinə görə, artıq Qırğızıstanda 27 mərtəbəli binalar istifadəyə verilib, 35 mərtəbəyə qədər binalar tikilir. Növbəti addım 40 mərtəbəli binaların tikintisi olacaq.

Nazir qeyd edib ki, layihəçilər üçün əsas tələblər maliyyə cəhətdən özünü təmin etmək və seysmik təhlükəsizlikdir: “Qırğızıstan 8 bal gücündə zəlzələlərin olduğu seysmik zonada yerləşdiyi üçün hər bir layihə yeni texnologiyalardan istifadə etməklə hərtərəfli sınaqdan keçirilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
3
bakivaxti.az

4Sources