EN

Tusk: Heç bir müzakirə ola bilməz, həmin obyektlər vurulacaq

Polşanın baş naziri Donald Tusk əmin edib ki, ölkəsi hava məkanını pozan və təhlükə yaradan obyektləri vuracaq. 

HİT.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

"Təyyarələr hava məkanımızı pozan və Polşa üzərindən uçan zaman onları vurmaq barədə qərar qəbul edəcəyik - burada heç bir müzakirə ola bilməz.Bu barədə düşünmək lazım deyil. Bu, münaqişənin çox kəskin mərhələsini təhrik edir", deyə Tusk bildirib.

Polşanın baş nazirinin sözlərinə görə, o da əmin olmaq istəyir ki, vəziyyət gərginləşməyə başlayarsa, Varşava tək qalmayacaq: "Mən də tam əmin olmalıyam ki, bütün müttəfiqlər buna bizim kimi davranacaqlar.

Xatırladaq ki, sentyabrın 19-da Polşa Sərhəd Mühafizəsi Rusiya qırıcılarının Baltik dənizində Petrobaltik qazma platforması üzərində aşağı hündürlükdə uçması barədə məlumat vermişdi. Platformanın təhlükəsizlik zonasının pozulduğu qeyd edilir.

Bundan əlavə, Estoniyanın baş naziri Kristen Miçal Rusiya qırıcılarının hücumundan sonra Tallinnin NATO Nizamnaməsinin 4-cü maddəsinə istinad edəcəyini və müttəfiqlərlə məsləhətləşmələr tələb edəcəyini açıqlayıb.

Samir

Chosen
20
hit.az

1Sources