Metronun “Xalqlar dostluğu” stansiyasında bir qatarda texniki nasazlıq yaranıb.
Bu barədə News365.az-a "Bakı Metropoliteni"ndən bildirilib.
Qeyd edilib ki, bu səbəbdən iki qatar arasında intervaldan əlavə 7 dəqiqəlik yubanma qeydə alınıb.
Qatar operativ şəkildə “Nərimanov” elektrik deposuna yola salınıb və xəttə ehtiyat qatar buraxılıb.
Yalnız iki qatar arasında yaranmış bu interval fərqinin bərpası məqsədilə əlavə tədbirlər görülüb, qısa müddət ərzində interval bərpa olunub.