EN

Hava məkanını qorumağa hazır deyilik: Polşadan ETİRAF

Polşa öz hava məkanını tam qorumağa hazır deyil.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Bürosunun direktoru Slavomir Çeçkiviç "RadioZet"də danışıb.

"Biz düşmən təyyarələrinin kütləvi müdaxiləsindən tam müdafiə olunmağa hazır deyilik. Dünyada öz hava məkanını tam qoruya biləcək bir ölkə yoxdur, lakin biz bu istiqamətdə inkişaf etməliyik", - o qeyd edib.

Çeçkiviçin sözlərinə görə, Polşanın hava məkanını qorumaq üçün NATO müttəfiqlərinin dəstəyinə çox ehtiyacı var. O bildirib ki, Şimali Atlantika Alyansının köməyi olmadan Varşava hava məkanının təhlükəsizliyini təmin edə bilməz.

Chosen
9
publika.az

1Sources