EN

Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib

Ankara–Bakı marşrutu üzrə uçuş həyata keçirən “AJet” aviaşirkətinə məxsus təyyarənin kapitanı göyərtədə həyəcan siqnalı barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına sorğu göndərib. Bu barədə hava limanından bildirilib. 

Təyyarə yerli vaxtla saat 15:55-də Bakı hava limanına təhlükəsiz eniş edib. Beynəlxalq təhlükəsizlik protokollarına uyğun olaraq müvafiq prosedurlar dərhal həyata keçirilib.

Aparılmış araşdırma nəticəsində məlum olub ki, siqnal əsassız olub və hər hansı təhlükə faktı qeydə alınmayıb.

Hava limanı tərəfindən yayılan açıqlamada vurğulanıb ki, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi prioritet olaraq qalır.

Hadisə hava limanının əməliyyat fəaliyyətinə təsir göstərməyib və bütün uçuşlar əvvəlki qrafik üzrə davam edir.

Chosen
6
44
anews.az

10Sources