EN

Ukrayna-Rusiya arasında şiddətli döyüşlər gedir

Rusiya ordusu şimal istiqamətindən Xarkov vilayətinin Kupyansk şəhərinə daxil olmağa cəhd edir.

News365.az-ın məlumatına görə, Ukrayna tərəfi bildirir ki, vəziyyət ağır olsa da, şəhər tam mühasirəyə alınmayıb.

Ukrayna ordusunun “Dnepr” qrupunun sözçüsü Viktor Trequbov “Susplinе” telekanalına açıqlamasında deyib ki, Kupyanskda vəziyyət bir qədər Pokrovskdakı döyüşlərə bənzəyir:

“Rusiya hərbçiləri şimal tərəfdən şəhərə daxil olmağa çalışır, bütün mövcud infrastruktur və coğrafi imkanlardan istifadə edirlər. Amma şəhər mühasirədə deyil”.

Trequbovun sözlərinə görə, Pokrovsk istiqaməti hələ də ən gərgin cəbhə olaraq qalır: “Bir neçə gün öncə orada misilsiz intensivlik müşahidə olunurdu. İndi nisbətən azalsa da, Rusiya qüvvələrinin şəhəri ələ keçirmək niyyəti dəyişməyib”.

“Aydar” batalyonunun sabiq komandiri, ukraynalı hərbçi Yevgeni Dikiy isə vəziyyəti daha kəskin qiymətləndirib. O, Radio NV-yə açıqlamasında döyüşlərin Kupyanskın ətrafına qədər çatmasını “böyük uğursuzluq” adlandırıb:
“Biz indi söhbət etdiyimiz anda Kupyanskın qəsəbələrində döyüşlər gedir. Bu isə o deməkdir ki, ruslar Oskol çayının qərb sahilində möhkəmlənə biliblər və şəhərə sızmağa çalışırlar. Bu, baş verməməliydi”.

Dikiy bildirib ki, hazırda Rusiya ordusu ağır texnikadan az istifadə edir, əvəzində “tarakan taktikası” adlandırılan üsulla, kiçik qrupların eyni vaxtda irəliləməsi ilə hücum edir:

“Əsas problem odur ki, Kupyanskı qorumaq üçün insan resurslarımız çatmır. Rusiya kiçik qruplarla hücum edir, biz isə hər mövqeyi qorumaq üçün kifayət qədər qüvvə toplaya bilmirik”.

Chosen
8
2
news365.az

3Sources