EN

Yaşadığı müddətdə ölkəsində 3 padşah, 12 prezident dəyişib - FOTO

Türkiyədə 127 yaşlı qadın dünyasını dəyişib.

Ölkə.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Amasyanın Suluova rayonunda 127 yaşlı Ayşə Bayrı vəfat edib.

1 iyul 1898-ci il təvəllüdlü Ayşə Bayrı nəfəs darlığı və orqan çatışmazlığı səbəbindən bir müddətdir müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edilib ki, 127 yaşlı A.Bayrı yaşadığı müddətdə Türkiyədə 3 padşah, 12 prezident dəyişib.
O, Osmanlının son üç padşahı - II Əbdülhəmid, V Mehmed Reşad və VI Mehmed Vahdəddinin, eləcə də Mustafa Kamal Atatürkdən Rəcəb Tayyib Ərdoğana qədər 12 prezidentin padşahlıqlarına şahidlik edib.

Məlumata görə, A.Bayrının 5 övladı, 20 nəvəsi var.

Billurə

Chosen
2
1
olke.az

2Sources