EN

Tələbələr arasında dava: biri bıçaqlandı

17:56 22.09.2025
17:56 22.09.2025

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi bıçaqlanıb.

Mynews.az Report-a istinadən xəbər verir ki, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində tələbələr arasında yaranan mübahisə bıçaqlanma ilə bitib.

Belə ki, hadisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi xXəstəxanasına çatdırılıb, cərrahi əməliyyat olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.


Chosen
10
3
mynews.az

7Sources