EN

“Apple tarixinin ən bahalı iPhone u gəlir Bu tarixdə...

Milli.az saytına istinadən ain.az xəbər verir.

"Apple" 2026-cı ildə satışa çıxaracağı qatlana bilən "iPhone" modeli ilə texnologiya dünyasında yenilik yaratmağa hazırlaşır.

Milli.Az xəbər verir ki, yeni cihaz ultra nazik titan çərçivəyə sahib olacaq və qiyməti 2000 dollardan yuxarı olacağı üçün şirkətin tarixindəki ən bahalı "iPhone" olacaq.

Məlumata görə, modelin dizaynı yan-yana yerləşdirilmiş iki "iPhone Air "modelinə bənzəyəcək. "Apple" bu cihazı kütləvi satış üçün deyil, daha çox dizayn və mühəndislik vizyonunu nümayiş etdirmək məqsədilə təqdim edəcək. Təqdimatın oktyabr və ya noyabr aylarında baş tutacağı gözlənilir.

İstehsal prosesi əsasən Çində aparılacaq və mürəkkəb dizayn səbəbindən Apple ən təcrübəli istehsal tərəfdaşları ilə işləməyə davam edəcək. Yeni qatlanan "iPhone", həm şirkətin "iPhone" strategiyasında yeni bir era açacaq, həm də istifadəçilərin qatlanan telefonlara baxışını dəyişdirəcək.

Qiymət gözləntilərinə görə, cihazın bəzi modelləri 2100-2300 dollar aralığında olacaq.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
2
news.milli.az

3Sources