Qusar rayonunun Laza kəndinə sel gəlib.
Redaktor.az xəbər verir ki, kənddəki eyniadlı şəlalə istiqamətindən Qusarçayın başlanğıc nöqtəsi və kəndə doğru güclü sel gəlib. Nəticədə kənd ərazisindəki körpü uçub, yolları lil-palçıq qatı örtüb.
Hadisə nəticəsində təsərrüfatlara, iş yerlərinə və bir neçə nəqliyyat vasitəsinə zərər dəyib.
"Qafqazinfo"ya istinadla həmin görüntüləri təqdim edirik: