EN

Çində yeni virus ürətlə yayılır: Fövqəladə vəziyyət elan edildi

Çinin cənubundakı Quanqdonq əyalətinin Jiangmen şəhərində ağcaqanadlarla yayılan Çikunqunya virusuna yoluxma hallarının artması səbəbilə 3-cü səviyyəli ictimai səhiyyə fövqəladə vəziyyəti elan edilib.

Turkustan.az xəbər verir ki, rəsmi məlumata görə, sentyabrın 19-na olan vəziyyətə əsasən, şəhərdə ümumilikdə 1714 yoluxma halı qeydə alınıb. Səhiyyə orqanları bildirir ki, bu halların hamısı yüngül keçib, ciddi ağırlaşma və ya ölüm faktı müşahidə olunmayıb.

Çikunqunya qızdırması eyni adlı virusun törətdiyi infeksiyadır və əsasən qızdırma və oynaq ağrısı ilə özünü göstərir. Xəstəlik həmçinin oynaqlarda şişkinlik, əzələ və baş ağrısı, ürəkbulanma, yorğunluq və dəri səpgilərinə səbəb ola bilər.

Səhiyyə orqanları virusun yayılmasının qarşısını almaq üçün bölgədə dezinfeksiya və maarifləndirmə tədbirlərini gücləndirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
9
turkustan.az

1Sources