Qax rayonunun Çinarlı kəndində ağacdan qoz çırpan adam ehtiyatsızlığın qurbanı olub.
Xezerxeber.az-ın məlumatına görə, Bakı şəhər sakini, 57 yaşlı Nizami Şəkərəliyev Çinarlı kəndindəki təsərrüfantında qoz çırpmaq üçün ağaca çıxıb. O bu zaman ehtiyatsızlıq edib və ağacdan yıxılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. N. Şəkərəliyev Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.