EN

Türkiyədə 52 ilin ən az yağıntısı qeydə alınıb

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Türkiyədə 2025-ci ildə yağıntılar son 52 ilin ən aşağı səviyyəsinə düşüb. 

Qayanrinfo xəbər verir ki, Meteorologiya Baş İdarəsinin məlumatına görə, ölkə üzrə bir kvadratmetrə düşən yağıntı miqdarı 401,1 kg olaraq ölçülüb. Bu göstərici uzun illərin ortalamasından 27 faiz, ötən ildən isə 29 faiz daha azdır.

Məlumatlara əsasən, bölgələr üzrə vəziyyət belə olub:

* İç Anadolu: Son 65 ilin ən az yağıntısı müşahidə edilib.

* Mərmərə və Ege: Son 18 ilin ən quraq dövrü yaşanıb.

* Ankara: Son 47 ilin ən aşağı yağıntı səviyyəsi qeydə alınıb.

Ən az yağıntı kvadratmetrə 182,3 kg  Şanlıurfada ölçülüb. Normala görə ən kəskin azalma isə Hatayda -64 faiz olaraq qeyd olunub. Cənubi-Şərqi Anadolunun cənubu və Hatay ətrafında azalma 60 faizdən çox olub.

Bunun əksinə olaraq, artım müşahidə edilən yeganə bölgə Qara dəniz olub. Rayon ərazisində yağıntılarda ən çox artım Rizədə, normalara görə isə ən yüksək artım Giresunda qeydə alınıb. Sinop, Samsun, Ordu, Giresun və Trabzon ətrafında yağıntılar 20 faizdən çox artıb.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
qaynarinfo.az

1Sources