EN

Bayramov Toiu ilə Ermənistanla sülh prosesindən danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci Sessiyası çərçivəsində rumıniyalı həmkarı Oana-Silvia Toiu ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə nazir X hesabında yazıb.

Qeyd olunub ki, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və yaşıl enerji layihələri diqqət mərkəzində olmaqla Azərbaycan-Rumıniya strateji tərəfdaşlığının genişləndirilməsi müzakirə edilib.

Eyni zamanda, münaqişədən sonrakı reallıqlara, Azərbaycan-Ermənistan sülh prosesinə də toxunulub.

Chosen
7
axar.az

1Sources