EN

Şok iddia: Vinisius Junior “Real Madrid”i tərk edir

İspaniyanın məşhur idman proqramı El Chiringuito TV yanvar ayı üçün diqqətçəkən bir iddia yayıb.

Fanat.Az xəbər verir ki, “Real Madrid”in braziliyalı ulduzu Vinisius Junior qış transfer pəncərəsində komandadan ayrılacaq.

Son illərdə “Real Madrid”in ən önəmli hücumçularından biri olan Vinisiusun ayrılmaq qərarı həm İspaniyada, həm də dünya futbolunda böyük səs-küy yaradıb. Braziliyalı futbolçu klubla uzunmüddətli müqaviləsi olmasına baxmayaraq, yeni ildən Madrid nəhəngindən ayrılmağı planlaşdırır.

Hazırda futbolçunun bu qərarı verməsində hansı səbəblərin rol oynadığı dəqiqləşməyib. Məsələnin detallarının yaxın günlərdə üzə çıxacağı gözlənilir.

Qeyd edək ki, futbolçunun klubu ilə 2027-ci ilin 30 iyununa kimi müqaviləsi mövcuddur.

Kamil Xudiyev

Chosen
10
fanat.az

1Sources