EN

Abşeron dairəvi dəmir yolu xətti üzrə rekord sayda sərnişin daşınıb - ADY

Abşeron dairəvi dəmir yolu xətti üzrə yeni qrafikin tətbiqi nəticəsində rekord sayda sərnişin daşınıb. Avtosfer.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir. Məlumata görə, 15-21 sentyabr həftəsində Abşeron dairəvi marşrutu üzrə ümumilikdə 231 655 sərnişin, o cümlədən 16 sentyabrda 42 490 sərnişin səfər edib. Bu, həm həftəlik, həm də günlük rekord göstəricilərdir. Sumqayıt-Bakı istiqamətində səfər edən sərnişinlərin sayında gündəlik 10%-ə yaxın artım qeydə alınıb. Bundan başqa, reys sayının artırılması nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə qatarlardakı sıxlıq 18 % azalıb.

Abşeron

Chosen
22
14
avtosfer.az

10Sources