EN

Putin layk və şərh ovuna çıxır

Rusiya Dövlət Dumasında sosial şəbəkə istifadəçilərinə qarşı yeni təşəbbüs gündəmə gətirilib.

Musavat.com xəbər verir ki, deputat Novıçkovun təklifinə əsasən, xarici agentlərin, ekstremistlərin və terrorçu hesab edilən şəxslərin paylaşımlarını “bəyənən” və ya şərh yazan vətəndaşlar üçün xüsusi reyestr yaradılmalıdır.

Deputat bildirib ki, əgər vətəndaş dəfələrlə xəbərdarlıqlara baxmayaraq belə hesabları dəstəkləməyə davam edirsə, bu, artıq diqqətə alınmalı və xüsusi nəzarətə götürülməlidir.

Onun sözlərinə görə, yaradılacaq reyestrə güc strukturları birbaşa çıxış hüququna malik olacaq və həmin şəxslərin fəaliyyəti izləniləcək.

Plana əsasən, hüquq-mühafizə orqanları lazım gəldikdə bu insanlara qarşı tədbirlər görə biləcəklər.

Ekspertlər isə xəbərdarlıq edirlər ki, bu təşəbbüs ifadə azadlığına ciddi şəkildə zərbə vura bilər və cəmiyyətdə əlavə gərginlik yaradacaq.

Musavat.com

Chosen
6
musavat.com

1Sources