EN

Ceyhun Bayramov ruminiyalı həmkarı ilə görüşüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rumıniyalı həmkarı Oana-Silvia Toiu ilə görüşüb.
Oxu.Az xəbər verir ki, nazir bu barədə "X"də paylaşım edib.
Görüş Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutub. Tərəflər Azərbaycan-Rumıniya strateji tərəfdaşlığının genişləndirilməsi məsələsini müzakirə ediblər.
Görüş zamanı, həmçinin iqtisadi əlaqələr, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və yaşıl enerji layihələrinə diqqət yetirilib.
Bununla yanaşı, münaqişədən sonrakı reallıqlar və Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə edilən mövzular arasında olub.
Chosen
29
9
oxu.az

10Sources