EN

Məktəb UÇDU – Vətənpərvərlik hissinin olmaması uşaqları ölümdən XİLAS ETDİ – VİDEO

Rusiyanın Novosibirsk vilayətində bazar günü uçan məktəbdə xəsarət alan olmayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Ötən bazar günü uçan Novosibirsk vilayətindəki məktəbdə “Gənclər Ordusu” vətənpərvərlik hərəkatı üçün dərslər keçirilməli idi.

“Biz avtomatı sökməli idik”, – məktəblilər jurnalistlərə bildiriblər.

Ancaq heç kim gəlməyib: bəziləri xəstə olduqlarını, bəziləri isə sadəcə tənbəllik etdiklərini deyib. Nəticədə dağıntılar altında ölən olmayıb.

Bu məktəb bir neçə il idi ki, təhlükəli məktəb siyahısına salınmışdı, lakin heç kimin onu təmir etmək ağlına belə gəlməyib. Əksinə, bu dərs ili başlamamış heç bir problem olmadan hazır elan edilib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
3
interpress.az

1Sources