İtaliyanın bir sıra şəhərlərində Qəzzaya dəstək üçün genişmiqyaslı etiraz aksiyaları keçirilir.
Musavat.com xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.
Məlumatda bildirilir ki, Milanda etirazçılar təhlükəsizlik qüvvələrinə daş atıb.
Polis isə buna cavab olaraq tüstü bombalarından və su şırnaqlarından istifadə edib.
Boloniyada isə yüzlərlə insan küçələri bağlayaraq hərəkəti iflic edib.
Etirazların gecə saatlarında sona çatacağı bildirilir.
Musavat.com



