EN

''Macarıstan heç kimə onun adı ilə müharibə etmək hüququ verməyib''

Macarıstan israr edir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin bəyanatlarına baxmayaraq, Avropa İttifaqı özünü Ukraynadakı münaqişənin tərəfi hesab edə bilməz.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban ölkə parlamentində çıxışı zamanı deyib.

"Macarıstan heç vaxt? heç kimə öz adı ilə müharibə aparmaq hüququ verməyib. Macarıstan Avropa Birliyinin üzvüdür. O, heç kimlə müharibə etmir, ona görə də Aİ də müharibə apara bilməz", - Orban vurğulayıb.

Macarıstanın baş naziri həmçinin Ukraynanın Avropa İttifaqına daxil olmasını rədd etdiyini bəyan edərək, bunun Aİ-ni münaqişəyə cəlb edəcəyi ilə bağlı xəbərdarlıq edib. O, bəyan edib ki, vəziyyətin hərbi yolla həlli yoxdur, yalnız diplomatik yolla həll edilir və Macarıstan Rusiya-Avropa danışıqlarına başlamağı təklif edir.

“Avropanın taleyinin bir daha bizsiz həll olunmasına imkan verməyək”, - deyə siyasətçi əlavə edib.

Chosen
2
1
operativmm.az

2Sources