EN

Payız aylarında üzə qulluq necə olmalıdır? Kosmetoloqdan AÇIQLAMA

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Payız mövsümündə üz dərisinə xüsusi qulluq göstərmək çox vacibdir. Çünki yay aylarında günəş, isti hava və dəniz suyu dərini zəiflədir, payızda isə havanın quruluğu və külək dərinin daha tez qurumasına səbəb olur”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında kosmetoloq Aynurə Rəhimova bildirib.

“Bu dövrdə ilk növbədə dərini yumşaq vasitələrlə təmizləmək, ölü hüceyrələrdən azad etmək lazımdır. Ardınca isə nəmləndirməyə xüsusi diqqət göstərmək vacibdir. Hialuron turşusu, aloe vera və vitamin tərkibli kremlər payız ayları üçün ən uyğun seçimdir.

Eyni zamanda, dərini qidalandırmaq üçün bal, avokado, süd və yulafdan hazırlanmış təbii maskalardan istifadə etmək məsləhətdir. Unutmayaq ki, payızda günəş zəif olsa da, ultrabənövşəyi şüalar dərini zədələyə bilər. Buna görə SPF 15–30 qoruyucu kremlərdən imtina etmək olmaz”.

Kosmetoloqun sözlərinə görə, payız həm də pilinq, mezoterapiya və biorevitalizasiya kimi prosedurlar üçün ən münasib mövsümdür.

“Çünki günəş şüalarının aktivliyi azaldığından bu prosedurların effektivliyi artır.

Ümumiyyətlə, sağlam dəri üçün bol su içmək, vitaminli qidalar qəbul etmək və düzgün qulluq qaydalarına əməl etmək mütləqdir. Belə olduqda dəri qış mövsümünə parlaq və sağlam şəkildə hazır olur”-deyə o əlavə edib.

Firuzə

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
icma.az

1Sources