BAKI, 22 sentyabr. TELEQRAF
“Sea Breeze Resort” bu gün Bakıda bir sıra beynəlxalq otel və səhiyyə qrupları ilə əməkdaşlıq memorandumları imzalayıb.
Teleqraf xəbər verir ki, Sea Breeze-in sahibi və təsisçisi Emin Ağalarov “InterContinental Hotel Group (IHG) – Crowne Plaza”, “Radisson Hotel Group – Radisson Blu”, “Accor Group – Rixos” və “Digital Residence” ilə əməkdaşlıq memorandumları imzalayıb.
“Sea Breeze” həmçinin tibbi layihələrin inkişafı üzrə bir neçə xarici şirkətlə əməkdaşlıq edəcək.