BAKI, 22 sentyabr. TELEQRAF
Malta BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Fələstin dövlətini rəsmən tanıyacaq.
Teleqraf xəbər verir ki, bu barədə Maltanın Baş naziri Robert Abela deyib.
“Malta Fələstin dövlətini rəsmi olaraq tanıdığını Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında elan edəcək”, - deyə o bildirib.
Baş nazir Fələstin dövlətinin tanınmasının tarixi hadisə olduğunu və Maltanın bölgədə sülhün əldə edilməsinə sadiq qaldığını vurğulayıb.
Qeyd edək ki, Böyük Britaniya, Kanada, Avstraliya və Portuqaliya Fələstin dövlətini rəsmən tanıyıb.