Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.
Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə sistemi Moskvaya PUA-ların hücumunu dəf edir.
Sobyanin həmçinin qeyd edib ki, bütün təcili yardım xidmətləri lazımi yerlərdə çalışır.
Moskvanın səması tamamilə bağlanıb. Moskva hava limanlarında uçuşlar artıq kütləvi şəkildə təxirə salınır. Flightradar-ın məlumatına görə, Moskvaya uçan təyyarələr geri qayıdır.
Yerli sakinlər Rusiya paytaxtının müxtəlif yerlərində ən azı 10 partlayış səsi eşidiblər.