ABŞ Hizbullahla döyüşməyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak “Sky News Arabia” telekanalına müsahibəsində bildirib.
Barrak deyib ki, Vaşinqton Hizbullah ilə hərbi münaqişəyə girmək niyyətində deyil.
“Biz Hizbullaha qarşı nə öz qüvvələrimizlə, nə də ABŞ Mərkəzi Komandanlığı vasitəsilə hərəkət etməyəcəyik”, – o qeyd edib.
Onun sözlərinə görə, İsrail təzyiqlərə baxmayaraq, Livanın cənubundakı bir neçə strateji mövqelərini tərk etmək niyyətində deyil.
O, həmçinin vurğulayıb ki, “Beyrut Hizbullahı tərksilah etmək üçün siyasi iradə nümayiş etdirməlidir”.
Barrak bildirib ki, təşkilat hər ay xarici mənbələrdən təxminən 60 milyon dollar alır ki, bu da onun hərbi və iqtisadi potensialını gücləndirir.
“Hizbullah bizim düşmənimizdir, İran da düşmənimizdir. Biz bu ilanların başını kəsib, onların maliyyəsini kəsməliyik”, – diplomat əlavə edib.
Xuraman Etibarlı
İnterpress.az