EN

Çayın sahilində meyiti tapılan kişinin öldürüldüyü məlum olubVİDEO

Tovuzda bir neçə gün əvvəl meyiti tapılan kişinin öldürüldüyü məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, sentyabrın 18-də Tovuz rayon sakini,  64 yaşlı Elxan Məmmədovun üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri nəticəsində Yaşar Qasımovun sentyabrın 16-da aralarında yaranan  mübahisə zamanı həmkəndlisi Elxan Məmmədovu qəsdən öldürməsi və meyitini çayın sahilinə atmasına əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra aidiyyəti orqanlar hərəkətə keçib. Şübhəli şəxs müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
25
xezerxeber.az

1Sources