EN

“Süpürgə, fond, xlor pulu...” -VİDEO

Bakıdakı 148 saylı tam orta məktəbə sentyabrın 15-dən 22-dək valideynlərdən 3 dəfə pul yığılıb. İndi isə Beynəlxalq müəllim günü münasibəti ilə 30 manat ödəmələri ilə bağlı tələb irəli sürülüb.

Redaktor.az xəbər verir ki, bu iddia ilə Bakıdakı 148 saylı tam orta məktəbin bəzi valideynləri şikayət ediblər:

“Süpürgə, fond, xlor pulu... Müəllimənin ad günü oldu, bacısının ad günü oldu, anası, babası öldü pul yığılır”.

Valideynlərin digər hissəsi isə iddiaların doğru olmadığını, məktəbdə indiyədək pul yığılması halına rast gəlmədiklərini bildiriblər.

Sözügedən məktəbin ibtidai sinif müəllimi Reyhan Hacıyeva səsləndirlən iddiaları təkzib edib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məktəbdə vəsait toplanması iddiası ilə bağlı araşdırma aparılacaq. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

 

Chosen
8
4
redaktor.az

5Sources