EN

Ələtdə hava limanının açılışı nə vaxt olacaq?

Ələt Azad İqtisadi Zonasında beynəlxalq hava limanının tikintisi gələn ilin sonunadək başa çatdırılacaq.

Axar.az xəbər verir ki, bunu "Silk Way West Airlines" aviaşirkətinin prezidenti və baş icraçı direktoru Volfqanq Mayer Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) zamanı deyib.

"Ələtdə hava limanının tikintisinə 2023-cü ilin sonunda başladıq. Azad ticarət zonası və azad iqtisadi zonada yüklərin aviadaşınması və logistikasının bütöv bir ekosistemi yaradacağıq. Bu, iqtisadiyyata, nəqliyyatın əlçatanlığına və bu ölkədə logistika sektorunun inkişafına böyük təkan verəcək", - o qeyd edib.

Mayer vurğulayıb ki, aeroportun açılışı 2027-ci ilin birinci rübündə baş tutacaq.

Chosen
47
6
axar.az

10Sources