GlobalInfo saytına istinadən ain.az xəbər verir.
İran və Rusiya yaxın günlərdə 8 yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı əməkdaşlıq sazişi imzalayacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb. Qeyd olunur ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Moskvaya səfəri zamanı açıqlayıb.
Eslaminin sözlərinə görə, danışıqlar artıq yekunlaşıb və Ümumdünya Atom Həftəsi çərçivəsində Moskvada keçiriləcək Dünya Atom Enerjisi Sərgisində sənədlərin imzalanması planlaşdırılır.
Yeni layihələr İranın 2040-cı ilə qədər 20 qiqavat quraşdırılmış nüvə enerjisi gücünə çatmaq strategiyasının bir hissəsi olacaq.
Rusiya və İranın bu əməkdaşlığı Tehranın enerji təhlükəsizliyi və dayanıqlı inkişaf planlarında mühüm mərhələ hesab olunur.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.