EN

Ay torpağında çay yetişdirildi

Britaniyalı alimlər apardıqları tədqiqat nəticəsində Ayda çay bitkisinin yetişdirilə biləcəyini müəyyən ediblər.

Axşam.az xəbər verir ki, tədqiqat zamanı alimlər çay tinglərini Ay və Mars torpağını təqlid edən süni mühitə əkiblər. Temperatur, rütubət və işıqlandırma şəraiti kosmosdakı real şəraitə maksimal dərəcədə yaxınlaşdırılıb. Nəticədə çay bitkisi ay torpağında yer üzündəki qədər uğurla kök salıb. Mars torpağında əkilən bitkilər isə məhv olub.

Tədqiqatın həmmüəlliflərindən biri, professor Naycel Meyson bildirib:

“Biz kosmosun mənimsənilməsində yeni bir dövrə qədəm qoyuruq. Ayda və ya Marsda baza qurmaq və orada yaşamaq barədə düşünürük. İlk suallardan biri budur: "İnsanlar nə yeyəcək?" Bu tədqiqatlar göstərir ki, çay kimi yer bitkiləri Ay torpağında, ay istixanalarında yetişdirilə bilər. Bu da gələcəkdə orada yaşayacaq insanlar üçün müəyyən dərəcədə müstəqillik və təzə qidaya çıxış imkanı yaradacaq. Biz hələ kosmik kənd təsərrüfatı sahəsində araşdırmaların ilkin mərhələsindəyik, lakin bu nəticələr ümidvericidir. Ola bilsin ki, gələcəkdə Böyük Britaniyanın ənənəvi “çay fasiləsi” kosmosda da mümkün olacaq.”
Chosen
8
1
sherg.az

2Sources