EN

“Masdar” Azərbaycanda enerji layihələrinə yatırdığı sərmayənin həcmini 1,2 milyard dollara çatdıracaq

Bakı, 22 sentyabr, AZƏRTAC

“Masdar” şirkəti ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri davam edir. Azərbaycan özünü etibarlı tərəfdaş olduğunu sübut edib. Buna görə də Azərbaycanda bərpaolunan enerji layihələrinin inkişafına 1,2 milyard ABŞ dollarından çox sərmayə yatıracaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Masdar” şirkətinin MDB regionu üzrə inkişaf və investisiya şöbəsinin rəhbəri Məryəm əl-Mazrui Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda təşkil olunan “Enerji transformasiyası” mövzusundakı panel müzakirəsində deyib. O bildirib ki, “Masdar” ilə Azərbaycan arasında əməkdaşlığın əsası 2018-ci ildə Energetika Nazirliyi ilə birgə qoyulub. Bu əməkdaşlıq nəticəsində ölkədə ilk böyük bərpaolunan enerji obyekti - 230 MVt gücündə Günəş elektrik stansiyası tikilib və artıq iki ilə yaxındır uğurla fəaliyyət göstərir.

Onun sözlərinə görə, 2024-cü ildə Bakı Enerji Həftəsi çərçivəsində “Masdar” və SOCAR 1 GVt həcmində əlavə gücün inkişafına dair mühüm saziş imzalayıb. “Bura Biləsuvar və Neftçalada artıq tikintisi başlayan iki Günəş stansiyası, həmçinin quruda 240 MVt gücündə külək parkı daxildir. Beləliklə, Azərbaycana investisiyalarımızın ümumi həcmi təxminən 1,2 milyard ABŞ dolları təşkil edəcək", - deyə Məryəm əl-Mazrui vurğulayıb.

Chosen
20
6
azertag.az

7Sources