EN

Qaxda avtomobil piyadanı vuraraq öldürüb

Qax, 23 sentyabr, AZƏRTAC

Ağır yol-nəqliyyat hadisəsi Qax şəhəri ərazisində baş verib.

AZƏRTAC-ın bölgə müxbiri Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupuna istinadən bildirir ki, sentyabrın 22-də saat 22 radələrində Qax şəhəri ərazisində 29 yaşlı İlham Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 64 yaşlı Eldar Tağıyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Chosen
49
1
azertag.az

3Sources