“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma 2025-ci ilin ən yaxşı qapıçısı seçilib.
Publika.az xəbər verir ki, ona Lev Yaşin adına mükafat təqdim olunub.
İtalyan qolkiper ötən mövsümdə PSJ-nin heyətində Fransa çempionu olub, ölkə kuboku və superkubokunu, həmçinin Çempionlar Liqasını qazanıb. Bundan başqa, o, parislilərlə birlikdə klublararası dünya çempionatının finalına qədər yüksəlib.