EN

"Qızıl Top" Usman Dembelenin oldu

“Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, mükafat Usman Dembeleyə layiq görülüb.

Fransa millisi və PSJ-nin hücumçusu ötən mövsüm iştirak etdiyi 60 matçda 37 qol və 15 asistlə fərqlənmişdi.

Dembele Paris təmsilçisi ilə ötən mövsüm Çempionlar Liqası, Fransa çempionluğu, kuboku və Superkubokunun qalibi olmuşdu.

Qeyd edək ki, ötən mövsüm bu mükafat "Mançester Siti"nin yarımmüdafiəçisi Rodriyə təqdim olunmuşdu.

Kamil Xudiyev

Chosen
33
2
fanat.az

4Sources