“Qızıl top–2025” mükafatının təqdimat mərasimi başa çatıb.
90deqiqe.Az saytı qaliblərin tam siyahısını təqdim edir:
Kişilər arasında “Qızıl top” – Usman Dembele (PSJ)
Qadınlar arasında “Qızıl top” – Aytana Bonmati (Barselona)
Sokrat Mükafatı (humanitar fəaliyyət) – Sira Martines
İlin ən yaxşı kişi klubu – PSJ
İlin ən yaxşı qadın klubu – Arsenal
İlin baş məşqçisi – Luis Enrike (PSJ)
Qadın məşqçi üzrə ilin ən yaxşısı – Sarina Vigmən (İngiltərə millisinin baş məşqçisi)
Ən yaxşı gənc futbolçu – Lamin Yamal (Barselona)
Ən yaxşı gənc futbolçu qadınlar arasında – Viki Lopes (Barselona)
Lev Yaşin mükafatı (ən yaxşı qapıçı) – Canluici Donnarumma (Mançester Siti/PSJ)
Qadınlar arasında Lev Yaşin mükafatı – Hanna Hempton (Çelsi)
Gerd Müller mükafatı (ən yaxşı hücumçu) – Viktor Dyökeresh (Arsenal/Sportinq)
Qadınlar arasında Gerd Müller mükafatı – Eva Payor (Barselona)
Xatırladaq ki, ötən mövsüm kişilər arasında “Qızıl top” mükafatını “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri qazanmışdı. Bu, ispan futbolçu üçün ilk belə fərdi uğur olmuşdu.