EN

İlin ən yaxşıları...

PSJ “Qızıl top” mükafatlandırma mərasimində 2025-ci ilin ən yaxşı klubu seçilib.

Publika.az xəbər verir ki, Luis Enrikenin rəhbərliyi altında parislilər ötən mövsüm Fransa çempionu olub, ölkə kuboku və superkubokunu qazanıblar. Bundan əlavə, paytaxt təmsilçisi Çempionlar Liqasının finalında Milanın “İnter”ini 5:0 hesabı ilə darmadağın edərək qələbə qazanıb. Komanda həmçinin klublararası dünya çempionatının finalına yüksəlib, lakin həlledici qarşılaşmada Londonun “Çelsi” klubuna 0:3 hesabı ilə uduzub.

Ötən il isə ən yaxşı klub adına İspaniya çempionu, ölkə superkubokunun sahibi və Çempionlar Liqasının qalibi olan “Real” layiq görülmüşdü.

***

PSJ-in baş məşqçisi Luis Enrike “Qızıl top” mərasimində 2025-ci ilin ən yaxşı məşqçisi seçilib. O, ötən mövsümdə komandasını Fransa çempionluğuna, ölkə kuboku və superkubokuna, həmçinin Çempionlar Liqasının qələbəsinə daşıyıb. Bundan başqa, kollektiv klublararası dünya çempionatının finalına qədər irəliləyib.

İlin ən yaxşı qadın məşqçisi adına isə İngiltərə yığmasına rəhbərlik edən Sarina Viman layiq görülüb. O, komandasını Avropa çempionatında qələbəyə aparıb. Finalda ingilislər İspaniya millisini 1:1 (3:1 penaltilərlə) hesabı ilə məğlub ediblər.

***

Chosen
39
2
publika.az

3Sources