EN

ChatGPT sayəsində 150 min dollar qazandı: Hamısını xeyriyyəyə bağışladı

News24 saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin Virciniya ştatında yaşayan Carrie Edwards, ilk dəfə lotereya oynamaq qərarına gəlib və nömrələri ChatGPT-dən soruşub. Süni zəkanın verdiyi nömrələrlə o, 150.000 dollar uduş qazanıb.

News24.az xəbər verir ki, Edwards Powerball lotereyasında 5 əsas nömrədən 4-nü və əlavə nömrəni düzgün təxmin edib. “Power Play” seçimini işarələdiyinə görə qazancı 50.000 dollardan 150.000 dollara qədər artıb.

Əvvəlcə bunun dələduzluq olduğunu düşünsə də, qazanmasını təsdiqləyəndə böyük sevinc yaşayıb. Lakin o, bu pulu özünə xərcləmək əvəzinə, tamamını xeyriyyə təşkilatlarına bağışlayıb.

Onlardan 3 təşkilat bunlardır:

AFTD Assosiasiyası – mərhum həyat yoldaşının ölümünə səbəb olan xəstəliyin (frontal-temporal degenerasiya araşdırılmasına dəstək verir.

Shalom Farms – aclıq və ərzaq çatışmazlığı ilə mübarizə aparır.

Dəniz Piyadaları Yardım Fondu – hərbçilərə və onların ailələrinə yardım edir.

"Bu, mənə verilən bir nemət idi. Onun başqalarına da faydalı olmasını istədim", - deyə Edwards bildirib. 

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
54
1
news24.az

2Sources