Yeni araşdırmaya görə, yadplanetli sivilizasiyalar Marsdakı kosmik gəmilər və roverlərə göndərilən siqnalları dinləyə bilər.
QHT.az xəbər verir ki, Astrophysical Journal Letters-də dərc olunan tədqiqata əsasən, Yer və Mars arasında rabitə zamanı yayılan güclü radiodalğaların bir hissəsi kosmosa sızaraq uzun müddət mövcud qalır.
ABŞ -ın Penn State Universiteti və NASA alimlərinin araşdırması göstərib ki, yadplanetli kəşfiyyat Yer-Mars düzülüşünü izləsəydi, siqnallarımızı tutma ehtimalı 77 faiz olardı. Bu, təsadüfi hallardan qat-qat yüksəkdir.
Mütəxəssislər bildirirlər ki, eyni metodla biz də digər sivilizasiyaları aşkar edə bilərik. İki və ya daha çox tranzit ekzoplanet olan sistemlər axtarış üçün ən perspektivli məkanlardır. NASA-nın qarşıdan gələn Nensi Qreys Roman Kosmik Teleskopu ilə yüz minlərlə yeni ekzoplanetin aşkarlanacağı gözlənilir və bu da axtarış imkanlarını xeyli artıracaq.
R.İmanov