EN

İran Ermənistana yeni səfir təyin etdi

Mehdi Sobhaninin İrəvandakı missiyasını başa vurduqdan sonra Xəlil Şirqolami İranın Ermənistandakı yeni səfiri təyin edilib.

 

Senzor.az bildirir ki, bu barədə "Azad İran" məlumat yayıb.

 

Şirqolami hazırda İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində tədqiqat və təhlillər üzrə direktor müavini vəzifəsində çalışır.

 

Bu, onun səfir kimi ilk diplomatik missiyasıdır.

 

Xatırladaq ki, İranın İrəvandakı keçmiş səfiri Mehdi Sübhani daha çox Azərbaycan əleyhinə açıqlamaları ilə tanınırdı.

Chosen
25
2
senzor.az

3Sources