EN

Yaponiyadan radikal qərar: Smartfonlara gündəlik 2 saat limit qoyulacaq

Yaponiyanın Aichi əyalətindəki Toyoake bələdiyyəsi, iş və məktəbdən sonra qalan vaxtlarda smartfon və video oyun konsolları da daxil olmaqla rəqəmsal cihaz istifadəsini gündə iki saatla məhdudlaşdırmağı tövsiyə edən qaydanı təsdiqləyib.

Kyodo agentliyinin xəbərinə görə, Toyoake bələdiyyəsi şəhər sakinlərinin texnoloji cihaz istifadəsini məhdudlaşdırmaq məqsədilə bu addımı atıb.
Sherg.az xəbər verir ki, bələdiyyə sədri Kouki Masafumi, şəhər məclisində təsdiqlənən qayda ilə smartfon istifadəsi üçün zaman məhdudiyyətinin Sağlamlıq, İş və Rifah Nazirliyinin sağlam yuxu bələdçilərinə uyğun təyin edildiyini və həftə içi orta istifadə müddətinin gündə iki saat olduğunu açıqlayıb.

18 yaşdan kiçik uşaqlar üçün yetərli yuxunun fiziki və zehni inkişaf baxımından vacib olduğu vurğulanan qaydada, ibtidai məktəb şagirdlərinə axşam saat 21:00-dan, orta məktəb və yuxarı yaş qrupuna isə 22:00-dan sonra smartfon istifadə etməmələri tövsiyə edilir. Qaydada valideynlərə cihaz istifadəsi üçün evdə qaydalar müəyyənləşdirmələri tövsiyə olunur, bələdiyyə isə valideynlərin məsləhət xidmətindən istifadə edə biləcəyi bir sistem quracağını vəd edir.

1 oktyabrda qüvvəyə minməsi planlaşdırılan qaydada tövsiyələrə əməl etməyənlər üçün hər hansı bir cəza nəzərdə tutulmayıb.

Bu qayda Yaponiyada texnoloji cihazların həddindən artıq istifadəsinin yuxu və ailə həyatına mənfi təsirlərinə diqqət çəkən ilk tətbiq xüsusiyyətinə malikdir.
Chosen
16
sherg.az

1Sources