Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Hyundai", "Toyota Prius" və "LADA Niva" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 2004-cü il təvəllüdlü S. Əhmədov və 2005-ci il təvəllüdlü V. Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (APA)








